İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına layihə barədə məlumat verib.Şəhərcikdə 1500-dən çox tələbənin tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur.Burada süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya və digər istiqamətlər üzrə tədqiqatlar aparılacaq. “SABAH.city”də, həmçinin ASAN Süni İntellekt Mərkəzi fəaliyyət göstərəcək.Layihənin əsas məqsədi elm, təhsil, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qurumları vahid məkanda birləşdirmək və innovasiya ekosisteminin inkişafına şərait yaratmaqdır.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-sabahcity-innovasiya-%C5%9F%C9%99h%C9%99rciyinin-birinci-m%C9%99rh%C9%99l%C9%99sinin-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F%C4%B1nda-i%C5%9Ftirak-edib

