İlham Əliyev Qazaxıstan Prezidenti ilə görüşüb

Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşüb. Prezident İlham Əliyev çıxışında deyib: “Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik”. Prezident Tokayev isə çıxışında deyib: “Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın inkişafı müzakirə olunub.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-qazax%C4%B1stan-prezidenti-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik