İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun bərpasında yenə də Azərbaycanın yanında qardaş ölkələrdir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrini qəbul edərkən qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələr fəal iştirak edib.Dövlət başçısı bildirib ki, bu dəstək həm infrastruktur layihələrində, həm də sosial obyektlərin yaradılmasında özünü göstərir. Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy məktəbi, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan tərəfindən isə Manas məktəbi tikilərək istifadəyə verilib.Türkiyə şirkətləri bölgədə yollar, körpülər, tunellər və dəmir yolları kimi iri infrastruktur layihələrinin icrasında iştirak edir.Xankəndidə Özbəkistanın dəstəyi ilə tikiş fabriki fəaliyyətə başlayıb və bu layihə Şavkat Mirziyoyev ilə birlikdə açılıb.İlham Əliyev vurğulayıb ki, Azərbaycan da qardaş ölkələrə dəstəyini davam etdirir. O, Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan məhəlləsi”ni buna nümunə göstərib.Prezident çıxışında təşkilatın əhəmiyyətini vurğulayıb: "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur"- deyə o,əlavə edib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-qaraba%C4%9F-v%C9%99-%C5%9F%C9%99rqi-z%C9%99ng%C9%99zurun-b%C9%99rpas%C4%B1nda-yen%C9%99-d%C9%99-az%C9%99rbaycan%C4%B1n-yan%C4%B1nda-qarda%C5%9F
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik