İlham Əliyev Pezeşkianla Ağbənd–Kəlalə layihəsini müzakirə edib
Türkmənbaşı şəhərində Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla görüşüb.Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı müzakirə olunub. Ağbənd–Kəlalə layihəsinin yekunlaşma mərhələsində olduğu deyilib. Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.Qeyd edək ki, İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-peze%C5%9Fkianla-a%C4%9Fb%C9%99nd%E2%80%93k%C9%99lal%C9%99-layih%C9%99sini-m%C3%BCzakir%C9%99-edib

