İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
İlham Əliyev Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla, o cümlədən Pakistanın Baş naziri Şahbaz Şərif və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla ayaqüstü görüşüb. Dövlət başçısı sammit zamanı bir sıra ölkələrin liderləri ilə də qısa söhbətlər aparıb. Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə oktyabrın 12-də Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfərə gedib.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-misird%C9%99-bir-s%C4%B1ra-%C3%B6lk%C9%99l%C9%99rin-liderl%C9%99ri-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb