Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadi-ticari əlaqələr və enerji sahəsində əməkdaşlıq müzakirə olunub.Dövlət başçısı İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşı olduğunu bildirib. O, İtaliya bazarında Azərbaycan şirkətlərinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını müsbət qiymətləndirib.Antonio Tayani Azərbaycanın regional sabitlik baxımından İtaliya üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.Görüşdə həmçinin müdafiə, kənd təsərrüfatı, sənaye, təhsil və nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

