İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dövlət başçısı son müharibə zamanı İran xalqının ağır günlər yaşadığını qeyd edərək, həlak olanlarla bağlı başsağlığı verib və Azərbaycanın bu dövrdə İranın yanında olduğunu bildirib.Prezident bölgədə sülhün vacibliyini vurğulayaraq, müharibənin dayandırılmasının Azərbaycanda məmnunluqla qarşılandığını deyib.Görüşdə Azərbaycan-İran münasibətlərinin inkişafı, parlamentlərarası əməkdaşlıq, nəqliyyat layihələri və regional məsələlər müzakirə olunub.Məhəmməd Baqir Qalibaf isə İranın çətin günlərində göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. O, Azərbaycanın müharibə dövründə İranla dost və qonşu münasibətlərinə sadiq qaldığını vurğulayıb.Tərəflər Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Ağbənd-Kəlalə körpüsü və Araz dəhlizi layihələrinin regionun nəqliyyat imkanlarını genişləndirəcəyi qeyd olunub.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-iran-islam-%C5%9Furas%C4%B1-m%C9%99clisi-s%C9%99drinin-ba%C5%9F%C3%A7%C4%B1l%C4%B1q-etdiyi-n%C3%BCmay%C9%99nd%C9%99-hey%C9%99tini-q%C9%99bul
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik