İlham Əliyev: "Bu səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına töhfə verəcək"

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Aliyev ilə əvvəl təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib. Dövlət rəsmiləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, bu səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına töhfə verəcək. Ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Dövlət başçısı vurğulayıb ki, energetika sahəsində əməkdaşlıq xüsusi yer tutur. Qaz ixracının artırılması üçün TAP layihəsinin genişləndirilməsi lazımdır. Prezident qeyd edib ki, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir və onların sayının artırılması arzu olunur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri artıq 23 layihə həyata keçirib və həyata keçirir. Prezident təhsil sahəsində əməkdaşlıq çərçivəsində keçən il Bakıda İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başladığını və burada 500-dən çox tələbənin təhsil aldığını qeyd edib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-bu-s%C9%99f%C9%99r-az%C9%99rbaycan-italiya-dostluq-%C9%99laq%C9%99l%C9%99rinin-inki%C5%9Faf%C4%B1na-t%C3%B6hf%C9%99-ver%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik