İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət edib.Dövlət başçısı müraciətində Azərbaycanda dövlət xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma və innovativ idarəçilik sahəsində həyata keçirilən islahatlardan bəhs edib. “ASAN xidmət” modelinin 50-dən çox ölkə ilə paylaşılmasının bu təcrübəyə beynəlxalq marağın göstəricisi olduğunu vurğulayıb.Qeyd edək ki, noyabrın 5-6-da keçirilən sammitdə 100-dən çox ölkənin nümayəndələri iştirak edir. Tədbirdə dövlət idarəçiliyində innovasiyalar və dövlət xidmətlərinin transformasiyası müzakirə olunur.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-bmt-idar%C9%99etm%C9%99-innovasiyalar%C4%B1-sammitinin-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t-%C3%BCnvanlay%C4%B1b

