İlham Əliyev: Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dollara yaxındır
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında çıxış edən Prezident İlham Əliyev bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min nəfər yaşayır, çalışır və təhsil alır.Dövlət başçısı qeyd edib ki, azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur və yaşayış layihələri üçün dövlət büdcəsindən 15 milyard dollardan çox vəsait ayrılıb. Ümumi investisiyaların həcmi isə 17 milyard ABŞ dollarına yaxındır. Tədbir çərçivəsində Azərbaycan və İslam İnkişaf Bankı arasında Qarabağ suvarma kanalının yenidən qurulmasına dair kredit və qrant sazişləri, həmçinin Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması üzrə Anlaşma Memorandumu imzalanıb.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99r%C9%99-%C3%BCmumi-investisiyalar%C4%B1n-h%C9%99cmi-17-milyard-dollara

