İlham Əliyev: Azərbaycan Vyetnamın beynəlxalq platformalarda göstərdiyi dəstəyi yüksək qiymətləndirir

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.Bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. “Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır”-dövlətimizin başçısı qeyd edib.İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafından danışıb.O, bildirib ki, Azərbaycanla Vyetnam arasında enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.Prezident humanitar, təhsil və mədəniyyət əlaqələrinin xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.İlham Əliyev Vyetnama səfərini səbirsizliklə gözlədiyini bildirərək, birgə səylərin iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-az%C9%99rbaycan-vyetnam%C4%B1n-beyn%C9%99lxalq-platformalarda-g%C3%B6st%C9%99rdiyi-d%C9%99st%C9%99yi-y%C3%BCks%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik