İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib.Dövlət başçısı çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən ildən bəri iki ölkə arasında ali səviyyədə beş səfər həyata keçirilib.İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid inşa olunmasını iki xalq arasında dostluq və mənəvi yaxınlığın göstəricisi kimi dəyərləndirib.Prezident həmçinin Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlıqda nəqliyyatın əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Xəzər üzərindən daşımaların həcmi artır, Orta Dəhliz üzrə tranzit daşımaları isə ötən il 10 faizdən çox, bu ilin ilk 8 ayında isə təxminən 20 faiz artıb.Görüşdə bildirilib ki, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə ilk dəfə sədrlik edəcək.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-az%C9%99rbaycan-v%C9%99-m%C9%99rk%C9%99zi-asiya-d%C3%B6vl%C9%99t-ba%C5%9F%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n-8-ci-m%C9%99%C5%9Fv%C9%99r%C9%99t-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCnd%C9%99-%C3%A7%C4%B1x%C4%B1%C5%9F
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik