İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib. “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı”, - deyə dövlətimizin başçısı əlavə edib. İlham Əliyev deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklərinə inanır.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-az%C9%99rbaycan-milli-elml%C9%99r-akademiyas%C4%B1n%C4%B1n-80-illik-yubiley-y%C4%B1%C4%9F%C4%B1nca%C4%9F%C4%B1nda-%C3%A7%C4%B1x%C4%B1%C5%9F

