Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyev deyib ki, bu il Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 35 ili tamam olur. MDB son illərdə siyasi dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib. O, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini dəstəklədiklərinə görə birliyin dövlət başçılarına təşəkkür edib.Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər iştirakçılara şəhərin zəngin tarixi ilə tanış olmaq, eləcə də burada aparılan bərpa və yenidənqurma işlərini görmək imkanı yaradıb.Prezident deyib ki,Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.Dövlət başçısı Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dəstəyə görə təşəkkür edib.Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə də hazırdır.

