İlham Əliyev: Azərbaycan ərazi bütövlüyünü bərpa edib, gələcəyə nikbin baxır

Azərbaycan müstəqillik illərində milli dəyərlərini qoruyub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçısı bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib. Prezident qeyd edib ki, Azərbaycanın əsas məqsədlərindən biri işğal altındakı torpaqlarını azad etmək olub. Uzun illər davam edən danışıqlar nəticə vermədikdən sonra Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan müddəalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib.İlham Əliyev 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində işğala son qoyulduğunu vurğulayıb. O, Azərbaycanın bundan sonra Ermənistana sülh təklif etdiyini və qisas almaq niyyətində olmadığını bildirib. Dövlət başçısının sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələri uzun illər icra olunmayıb və bu, beynəlxalq münasibətlərdə ikili standartların göstəricisidir.İlham Əliyev deyib ki, qonşu ölkələrlə yaxşı münasibətlər və müasir infrastruktur Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirir. O, iqtisadi potensialın, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələrinin ölkənin gələcəyinə nikbin baxmağa əsas verdiyini bildirib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-az%C9%99rbaycan-%C9%99razi-b%C3%BCt%C3%B6vl%C3%BCy%C3%BCn%C3%BC-b%C9%99rpa-edib-g%C9%99l%C9%99c%C9%99y%C9%99-nikbin-bax%C4%B1r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik