İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda ölkədə hökm sürən tolerantlıq mühitini və multikultural dəyərləri vurğulayaraq, bütün dini icmaların cəmiyyət həyatında fəal iştirak etdiyini qeyd edib.Prezident xristian həmvətənlərə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-az%C9%99rbaycan%C4%B1n-pravoslav-xristian-icmas%C4%B1n%C4%B1-t%C9%99brik-edib

