Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, strateji tərəfdaşlıq, enerji, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional bağlantılar müzakirə olunub.Prezident İlham Əliyev Donald Tramp administrasiyası dövründə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının münasibətlərin genişlənməsi baxımından mühüm addım olduğunu qeyd edib.Söhbət zamanı Abraham Hamadenin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsinə həmmüəllif olması da vurğulanıb.Görüşdə Azərbaycan-Ermənistan sülh gündəliyi, TRIPP dəhlizi, həmçinin iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

