İlham Əliyev: “Qarabağda artıq əbədi yaşayacaqsınız, biz ədaləti bərpa etdik”
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülən işlərlə tanış olublar.Dövlət başçısı sakinlərlə görüşərək onları doğma torpağa qayıdış münasibətilə təbrik edib:
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Gözəl evlər təmir olunub. Ən önəmlisi isə doğma Qarabağ diyarında siz artıq əbədi yaşayacaqsınız. Biz ədaləti bərpa etdik. İlk növbədə erməni işğalına son qoyduq. Bütün dünya bu gün Azərbaycan haqqında danışır. Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən, öz doğma torpağı uğrunda vuruşan və qalib gələn ikinci ölkə yoxdur.".
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-%E2%80%9Cqaraba%C4%9Fda-art%C4%B1q-%C9%99b%C9%99di-ya%C5%9Fayacaqs%C4%B1n%C4%B1z-biz-%C9%99dal%C9%99ti-b%C9%99rpa-etdik%E2%80%9D

