Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.Prezident İlham Əliyev çıxışı zamanı ikili standartlar siyasətinin beynəlxalq siyasətdən tamamilə çıxarılmalı olduğunu bildirib.“İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”, - dövlət başçısı qeyd edib. Prezident vurğulayıb ki, ölkələr diqqətlərini başqalarının deyil, ilk növbədə öz problemlərinin həllinə yönəltməlidirlər.Prezident Azərbaycanda bütün etnik və dini qrupların nümayəndələrinin bir ailə kimi yaşadığını,bərabər hüquqlara malik olduğunu və onları Azərbaycançılıq ideyasının birləşdirdiyini deyib.Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin birlik nümayiş etdirdiyini bildirib.Münaqişənin uzun illər davam edən danışıqlar yolu ilə həlli mümkün olmayıb və Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində öz mövqeyindən geri çəkilməyib.Azərbaycanın müstəqillik dövründə əsas prioritetlərindən biri ərazi bütövlüyünün bərpası olub. O, ölkənin müstəqilliyinin qorunmasının vacibliyini vurğulayaraq, potensial risklərin əsasən ölkə hüdudlarından kənarda yarandığını bildirib.Prezident həmçinin Azərbaycanın Cənubi Qafqazda yeni vəziyyət yaratmağa nail olduğunu vurğulayıb

