İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimi keçirilir.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir və WUF13-ün nəticələrinin də uğurlu olacağına ümid edir. "Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik" deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhərsalma və tarixi irsin qorunmasına xüsusi önəm verir. İlham Əliyev əlavə edib ki, hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Prezidentin sözlərinə görə, son 5 ildə bölgədə 70 kilometr tunel, yüzlərlə körpü tikilib, hazırda isə daha 5 tunel inşa olunur.Dövlət başçısı həmçinin bildirib ki, son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb, paytaxtda ekoloji və müasir şəhər konsepsiyası inkişaf etdirilir.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-%C3%BCmumd%C3%BCnya-%C5%9F%C9%99h%C9%99rsalma-forumunun-13-c%C3%BC-sessiyas%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F-m%C9%99rasimind%C9%99-i%C5%9Ftirak-0
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik