İki həftə əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
Sabirabad rayonunun Cavad kəndi ərazisində13 gün öncə Kür çayında batan şəxsin meyiti bu gün aşkar edilərək sudan çıxarılıb. Qeyd edək ki, oktyabrın 3-də Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü Laiq Məmmədov çayda batıb. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/iki-h%C9%99ft%C9%99-%C9%99vv%C9%99l-k%C3%BCrd%C9%99-batan-%C5%9F%C9%99xsin-meyiti-tap%C4%B1ld%C4%B1

