III MDB Oyunlarının biletləri satışa çıxarılıb
III MDB Oyunlarının biletləri satışa çıxarılıb.Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür. 12 idman məkanında təşkil olunacaq yarışlar 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
url:
http://kepezfm.az/xeberler/iii-mdb-oyunlar%C4%B1n%C4%B1n-biletl%C9%99ri-sat%C4%B1%C5%9F-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b