III MDB Oyunları: Bu gün Qəbələdə stolüstü tennis yarışı keçiriləcək
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start götürür. İlk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq. 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.
url:
http://kepezfm.az/xeberler/iii-mdb-oyunlar%C4%B1-bu-g%C3%BCn-q%C9%99b%C9%99l%C9%99d%C9%99-stol%C3%BCst%C3%BC-tennis-yar%C4%B1%C5%9F%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k