III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
III Beynəlxalq Xankəndi Ultramarafonunun ikinci mərhələsi başa çatıb. Ağdaşdan start götürən atletlər Bərdəyədək 63,5 kilometr məsafə qət ediblər.Yarışda 6 ölkədən 97 atlet iştirak edir. Kişilər arasında Gürcüstan təmsilçisi birinci, Litva ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü olub.Qadınların yarışında Ukrayna təmsilçisi qalib gəlib. Rusiya idmançısı ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü yeri tutub.Dörd mərhələdən ibarət ultramarafonun iştirakçıları ümumilikdə 192 kilometr məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.
url:
http://kepezfm.az/xeberler/iii-beyn%C9%99lxalq-xank%C9%99ndi-ultramarafonu-ikinci-m%C9%99rh%C9%99l%C9%99nin-qalibl%C9%99ri-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fib

