II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin açıqlanma vaxtı məlum olub
Dövlət İmtahan Mərkəzi bildirib ki, 24 may 2026-cı il tarixində keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri təxminən 3 həftədən sonra açıqlanacaq.Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb edir.DİM həmçinin Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün Azərbaycan dili imtahanında iştirak etməyən və ya qeyri-məqbul alan abituriyentlər üçün yenidən imtahan keçiriləcəyini açıqlayıb.Qeydiyyat mayın 25-dən iyunun 2-si saat 23:59-dək onlayn qaydada aparılacaq.İkinci Azərbaycan dili imtahanı iyunun 21-də keçiriləcək.Mayın 3-də imtahanda iştirak edib müsabiqəyə qatılmayan şagirdlər ikinci imtahanda iştirak etməyəcəklər.
url:
http://kepezfm.az/xeberler/ii-v%C9%99-iii-ixtisas-qruplar%C4%B1-%C3%BCzr%C9%99-q%C9%99bul-imtahan%C4%B1n%C4%B1n-n%C9%99tic%C9%99l%C9%99rinin-a%C3%A7%C4%B1qlanma-vaxt%C4%B1-m%C9%99lum-olub

