İşğaldan sonra doğulan şəxslərə də məcburi köçkün statusu veriləcək
İşğal nəticəsində doğulduqları rayonları tərk etməyə məcbur qalan ailələrin sonradan dünyaya gələn övladları da məcburi köçkün statusu ala biləcəklər.Bununla bağlı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına dəyişiklik edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, status almaq istəyən şəxslər bir sıra sənədləri təqdim etməlidirlər.
url:
http://kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-sonra-do%C4%9Fulan-%C5%9F%C9%99xsl%C9%99r%C9%99-d%C9%99-m%C9%99cburi-k%C3%B6%C3%A7k%C3%BCn-statusu-veril%C9%99c%C9%99k

