İşğaldan azad edilmiş ərazilərdə sakinlərə damazlıq inəklər verilir
Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində ilk dəfə olaraq cins damazlıq heyvanların paylanılmasına başlayıb.Ağdam, Xocalı və Laçın rayonlarının sakinlərinə ilk mərhələdə 30 ailənin hər birinə iki baş inək verilib.İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən indiyədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.Yeni aktivlərin təqdim edilməsi sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına və dayanıqlı gəlir əldə etməsinə dəstək məqsədi daşıyır.Cins damazlıq heyvanların paylanması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.
url:
http://kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-sakinl%C9%99r%C9%99-damazl%C4%B1q-in%C9%99kl%C9%99r-verilir

