İşğaldan azad edilmiş ərazilərdə 8 yerdə SES tikilir
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda daha 8 su elektrik stansiyasının tikintisi aparılır.Bu barədə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev deyib.Su elektrik stansiyaları yerli enerji resurslarından səmərəli istifadəyə, regionların elektrik enerjisi ilə təminatının gücləndirilməsinə və bərpa olunan enerjinin istehsalının artırılmasına imkan yaradır. Yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və kənd təsərrüfatı sahələrinin etibarlı enerji ilə təmin edilməsi əsas prioritetlərdəndir.
url:
http://kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-8-yerd%C9%99-ses-tikilir

