Canlı
Hollivud prodüsseri Terens Marş vəfat edib

Hollivud prodüsseri Terens Marş vəfat edib

Böyük Britaniyalı quruluşçu rəssam, ikiqat Oskar mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib. O, uzun illər xərçəng xəstəliyi ilə mübarizə aparıb. T.Marş “Qırmızı oktyabrın ovu”, “Yaşıl mil” və “Şouşenqdən qaçış” filmlərin art-direktoru olub. “Doktor Jivaqo”(1965) və “Oliver”(1968) filmlərdəki işinə görə rəssam iki dəfə Oskar mükafatına layiq görülüb. T.Marş karyerasına 2001-ci ildə son qoyub. Onun son filmi “Pik saatı-2” filmi olub.

2018-01-13 / 11:11