Hikmət Hacıyev: Zəngəzur dəhlizi regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradır
Azərbaycan və Serbiya regionlararası konnektivlikdə mühüm rol oynayır.Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.O,Azərbaycanla Serbiyanı strateji tərəfdaşlar adlandırıb. "Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda, Serbiya isə Balkanlarda yerləşir. Zəngəzur dəhlizi və ya TRIPP təşəbbüsü Xəzər dənizi - Mərkəzi Asiya və Balkan regionları arasında konnektivliyi gücləndirmək üçün əlverişli fürsətlər yaradır", - Prezidentin köməkçisi qeyd edib.
url:
http://kepezfm.az/xeberler/hikm%C9%99t-hac%C4%B1yev-z%C9%99ng%C9%99zur-d%C9%99hlizi-regionlararas%C4%B1-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-%C3%BC%C3%A7%C3%BCn-yeni-imkanlar-yarad%C4%B1r

