Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyir.Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşıb.Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.O, həmçinin 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin Ermənistandan təqdim olunmasını gözlədiklərini vurğulayıb.Bu məlumatların açıqlanması itkin düşmüş şəxslərin ailələrinin öz yaxınlarının taleyini öyrənməsi və regionda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
url:
http://kepezfm.az/xeberler/hikm%C9%99t-hac%C4%B1yev-erm%C9%99nistandan-200-d%C9%99n-%C3%A7ox-k%C3%BCtl%C9%99vi-m%C9%99zarl%C4%B1%C4%9F%C4%B1n-yerinin-a%C3%A7%C4%B1qlanmas%C4%B1n%C4%B1

