Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb
Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində bildirib ki, Azərbaycanın təxminən 9 şəhəri və 300-dən çox kəndi işğal dövründə ciddi dağıntıya məruz qalıb.O qeyd edib ki, azad olunmuş ərazilər “mənfi sıfırdan” yenidən qurulur, çünki bölgələr milyonlarla mina və partlayıcılarla çirkləndirilib. Təxminən 1,5 milyon mina təhlükəsizlik üçün ciddi risk yaradır.Hazırda həmin ərazilərdə genişmiqyaslı minatəmizləmə və bərpa-quruculuq işləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/hikm%C9%99t-hac%C4%B1yev-az%C9%99rbaycan%C4%B1n-9-yax%C4%B1n-%C5%9F%C9%99h%C9%99ri-dem%C9%99k-olar-ki-tamamil%C9%99-da%C4%9F%C4%B1d%C4%B1l%C4%B1b

