Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə görüşüb.O, bu barədə "X" sosial media hesabında yazıb."Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.
url:
http://kepezfm.az/xeberler/hikm%C9%99t-hac%C4%B1yev-%C5%9Fimali-baltik-s%C9%99kkizliyi-%C3%B6lk%C9%99l%C9%99rinin-siyasi-direktorlar%C4%B1-il%C9%99-fikir

