Heqset: İran daha raket və dron istehsal edə bilməyəcək
ABŞ-ın müharibə naziri Pit Heqset deyib ki, İran daha raket, raket qurğuları, dron istehsal edə bilməyəcək.Heqset qeyd edib ki, Tramp İran iqtisadiyyatını dəqiqələr ərzində məhv edə bilərdi, amma o, mərhəmətli davranıb və ticari obyektlərə zərbə endirilməyib.“Çünki İran şiddətli təzyiq altında atəşkəsi qəbul etdi”, - nazir əlavə edib.O, həmçinin deyib ki, İran zənginləşdirilmiş uranı ya könüllü şəkildə verəcək, ya da ABŞ onu özü əldə edəcək.
url:
http://kepezfm.az/xeberler/heqset-iran-daha-raket-v%C9%99-dron-istehsal-ed%C9%99-bilm%C9%99y%C9%99c%C9%99k

