Hazırda Ağdərənin 7, Xocalının isə 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır

Xankəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində əhalinin köçürülməsi istiqamətində işlər aparılır. Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır.

url: 
http://kepezfm.az/xeberler/haz%C4%B1rda-a%C4%9Fd%C9%99r%C9%99nin-7-xocal%C4%B1n%C4%B1n-is%C9%99-11-k%C9%99ndin%C9%99-%C9%99halinin-k%C3%B6%C3%A7%C3%BCr%C3%BClm%C9%99si-istiqam%C9%99tind%C9%99-i%C5%9Fl%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik