Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Milli Hidrometeorologiya Xidməti aprelin 4-ü gündüzdən 6-dək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Göyçay, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdədə şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
url:
http://kepezfm.az/xeberler/hava-%C5%9F%C9%99raiti-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-edildi

