Hatice Şendil və prodüser həyat yoldaşı Burak Sağyaşar birlikdə Fransaya gediblər

Hatice Şendil və prodüser həyat yoldaşı Burak Sağyaşar birlikdə Fransaya gediblər

Aktrisa Hatice Şendil və prodüser həyat yoldaşı Burak Sağyaşar birlikdə Fransaya gediblər. Həftə sonu istirahətini Parisdə keçirən cütlük fotolarını sosial şəbəkədə yayımlayıb. Şendilin fanatları cütlüyün fotolarına "Hər kəsin heyran qaldığı sevgililər", "Bir-birinə ən çox yaraşan sevgililər" kimi rəylər yazıblar. Qeyd edək ki, cütlük 5 il eşq yaşadıqdan sonra, 2016-cı ildə ailə qurub. 2017-ci ildə onların oğlu Can dünyaya gəlib.

Nurlana Abdullayeva

2019-04-09 / 10:30