Hande Erçelin anasının vəziyyəti pisləşdi

Hande Erçelin anasının vəziyyəti pisləşdi

Xəbər verildiyi kimi, aktrisa Hande Erçelin anası xərçəng xəstəliyinə tutulub və hazırda müalicə alır. Dünən Handenin anası Aylin Erçelin vəziyyəti pisləşib. Bunu eşidən aktrisa çəkiliş meydançasından anasının yanına yollanıb. Bundan bir neçə gün əvvəl isə Erçel onun haqda "Hər şey yolundadır. Yaxşılaşır" sözlərini demişdi. Qeyd edək ki, Hande həm də anasının kök hüceyrələr donoru olacaq.

2019-01-10 / 11:48