Hande Ataizi fantastik geyimdə küçəyə çıxdı

Hande Ataizi fantastik geyimdə küçəyə çıxdı

Hande Ataizi əvvəlki gün Nişantaşında bir dövrün məşhur filmi olan "Power Rangers" kostyumu ilə diqqətləri üzərinə çəkib.

Onu küçədə görənlər tanımayıb. Çünki üzünü tamamilə örtən bir üst geyimində olan Hande tamamilə tanınmaz görkəmdə olub.

O, bu cür geyinməyinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, soyuğa qarşı ən yaxşı seçim bədəni tamamilə örtən bir üst geyimi geyinməkdir.

"Əynimdə gördüyünüz bu palto sayəsində üşümürəm. Mənim üçün sağlığım üzdən necə görünməyimdən daha önəmlidir", - deyə aktrisa bildirib.

Ayşən Zeynallı