Hande Ataizi 5 il sonra efirə qayıdır

Hande Ataizi 5 il sonra efirə qayıdır

Türkiyəli aktrisa Hande Ataizi efirlərə geri qayıdır.

Aktrisa evlilik verilişinin aparıcısı olacaq. O, artıq layihə prodüserləri ilə müqavilə imzalayıb, efirə qayıtmaq barədə qərar qəbul edib.Hande qarşılığında aylıq 300 min TL qonorar əldə edəcək.

Xatırladaq ki, Hande Ataizi 2011-ci ildə “Dest-i İzdivaç” adlı veriliş aparmışdı.

Aktrisa daha sonra bir daha aparıcılıq etməyəcəyini açıqlamışdı.

Ayşən Zeynallı