Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda qeydiyyatdan keçən 339 namizəddən 337-si iştirak edib. Onlardan 175 nəfər 60 və daha yüksək bal toplayaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Nəticələrlə bağlı Apellyasiya Komissiyası iyunun 29-u, 30-u və iyulun 1-də DİM-də fəaliyyət göstərəcək.
url:
http://kepezfm.az/xeberler/hakimliy%C9%99-namiz%C9%99dl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-test-imtahan%C4%B1-ke%C3%A7irilib

