Hakerlər Eurovisionun yayımına müdaxilə etməyə çalışdılar

Hakerlər Eurovisionun yayımına müdaxilə etməyə çalışdılar

Hakerlər Eurovisionu translyasiya edən saytı ələ keçirməyə çalışıb.Bildirilir ki, onlar saytı ələ keçirməyə çalışsa da, saytın mühafizəsini həyata keçirən işçilər onu qorumağı bacarıb. Lakin buna baxmayaraq izləyicilər bir neçə saniyə hücumun şahidi olublar. Belə ki, efirdə Tel-Əvivdəki partlayışların görüntüləri meydana gəlib. Qeyd edək ki, bu gün müsabiqənin ikinci yarımfinalı baş tutacaq. 18 mayda isə finaldır.

Nurlana Abdullayeva

2019-05-16/ 13:29