Hakan Fidan:Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradəni bölgə üçün önəmli hesab edib. İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, Ankara iki ölkə arasında sülh prosesini dəstəkləyir. Hakan Fidan qeyd edib ki, Cənubi Qafqazda sabitlik və rifahın təmin olunması üçün regional əməkdaşlıq vacibdir və gələcək hədəf enerji, nəqliyyat və bağlantı baxımından daha inteqrasiya olunmuş bölgə yaratmaqdır. Türkiyəli nazir həmçinin Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də Azərbaycan və Ermənistan arasında müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını, bunun regionda sülh və sabitliyə töhfə verəcəyini vurğulayıb. Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığın isə mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslandığını bildirib.O əlavə edib ki, Gürcüstan regionda sülh və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində səylərini davam etdirəcək.

url: 
http://kepezfm.az/xeberler/hakan-fidanaz%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan%C4%B1n-s%C3%BClh-%C3%BC%C3%A7%C3%BCn-irad%C9%99si-b%C3%B6lg%C9%99d%C9%99-%C3%B6n%C9%99mli-hesab-edilir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik