Hadise və Hakan Sabancı yaxınlaşdı

Hadise və Hakan Sabancı yaxınlaşdı

Müğənni Hadisənin yeni münasibətə başladığı iddia edilir.

O, son zamanlar Sabancı ailəsinin gənc üzvü Hakanla yaxınlaşıb.

Bu yaxınlarda Aslışah Alkoçlardan ayrılan H.Sabancı Hadisə ilə bir əyləncə məkanından çıxarkən görüntülənib. Səmimi ikili paparassilərdən gizlənməyə çalışıblar.

Çıxışda Hakan Sabancının avtomobilinə minən məşhur müğənni, sürətli bir şəkildə məkanı tərk edib.

Hakanın özündən 6 yaş böyük müğənni ilə sevgili olmasının ailəsi tərəfindən necə qarşılanacağı maraq doğurur.

Ayşən Zeynallı