Həftəsonu üçün hava proqnozu açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, həftəsonu ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.İyunun 26-sı günün ikinci yarısından yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Rayonlarda yağıntılı havanın iyunun 29-dək davam edəcəyi, bəzi ərazilərdə intensiv yağış, şimşək, dolu, dağ çaylarında isə qısamüddətli sel və daşqınların baş verə biləcəyi ehtimal olunur.
url:
http://kepezfm.az/xeberler/h%C9%99ft%C9%99sonu-%C3%BC%C3%A7%C3%BCn-hava-proqnozu-a%C3%A7%C4%B1qlan%C4%B1b

