Həbsxanaya narkotik ötürən və axtarışda olan şəxs tutulub

Penitensiar xidmətin keçirdiyi əməliyyatla cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 8 kiloqram 282 qram heroin və metamfetamin aşkar edilərək götürülüb. Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs saxlanılıb. İntiqam Rüstəmov iranlı narkotacirlə cinayət əlaqəsinə girərək, satış məqsədilə 4 kiloqramdan artıq narkotik vasitə və metadon həbləri əldə edib. Narkotik vasitələri götürən zaman onun tanışı Amil Şərifov polis tərəfindən saxlanılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. İntiqam Rüstəmov isə hadisə yerindən qaçaraq gizlənib. Sonradan keçirilən polis tədbirləri ilə o da saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı istintaq davam edir.

url: 
http://kepezfm.az/xeberler/h%C9%99bsxanaya-narkotik-%C3%B6t%C3%BCr%C9%99n-v%C9%99-axtar%C4%B1%C5%9Fda-olan-%C5%9F%C9%99xs-tutulub
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik