Goranboyda qəzalı vəziyyətə düşərək sökülən binaların sakinlərinə yeni mənzillər veriləcək
Goranboyda qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinləri yeni mənzillərlə təmin ediləcək.Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı binaların söküntüsü mərhələli şəkildə davam edir. Artıq 16 mənzilli ikimərtəbəli binanın söküntüsü tam yekunlaşıb, digər qəzalı binada isə işlər davam etdirilir.Sökülən binaların yerində yeni yaşayış kompleksinin tikilməsi və sakinlərin həmin kompleksdə mənzillərlə təmin olunması planlaşdırılır.
url:
http://kepezfm.az/xeberler/goranboyda-q%C9%99zal%C4%B1-v%C9%99ziyy%C9%99t%C9%99-d%C3%BC%C5%9F%C9%99r%C9%99k-s%C3%B6k%C3%BCl%C9%99n-binalar%C4%B1n-sakinl%C9%99rin%C9%99-yeni-m%C9%99nzill%C9%99r-veril%C9%99c%C9%99k

