Canlı
Gizli ailə quran aktrisa Natavan Əfəndiyeva: “Toyum Azərbaycanda olmayacaq”

Gizli ailə quran aktrisa Natavan Əfəndiyeva: “Toyum Azərbaycanda olmayacaq”

Aktrisa Natavan Əfəndiyeva ailə qurması barədə açıqlama verib. Həmkarlarından fərqli olaraq xoş gününü mediadan gizli saxlayan aktrisa bu addımına belə aydınlıq gətirib: “Ailə qurduğum şəxs azərbaycanlıdır. Bizim sahədə çox məşhur insandır. Xasiyyətinə bələd olduğum üçün məclisi ailələrimiz və dostlarımızın əhatəsində etdik. Xoşbəxtlik səssizliyi sevir. Hələ ki, kəbin və nikah olub. İnşallah toy bu ilin sonunda baş tutacaq. Məclis Azərbaycandan kənarda olacaq”. N.Əfəndiyeva evliliyinin müzakirə olunmasından da danışıb: “Həyat yoldaşımın kimliyini sirr saxlamıram. Sadəcə müzakirə olunmağımızı istəmirəm. İnsanlar çox qəddardır. Evliliyim haqda mediada yazılar dərc olundu. Şərhləri oxuyanda çox əsəbiləşdim”. O, ailə qurduqdan sonrakı qadağalar barədə bunu deyib: “Sənətimlə bağlı qadağalardan söhbət gedə bilməz. Yeni film təklifləri var. Hələki seçim edirəm. Ümumiyyətlə isə nə vaxt ki, istedadlı rejissorlarımız normal ortaya çıxarmağa pul tapıb mənə də uyğun obraz yazsalar o zaman çəkiləcəyəm”.

2018-02-09 / 18:40