Girne sahillərində batan gəmidə itkin düşən daha iki nəfərin meyiti tapılıb
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşən daha iki nəfərin meyiti aşkarlanıb.Meyitlər gəminin batdığı ərazidən təxminən bir kilometr aralıda, 570 metr dərinlikdə tapılıb.Onların kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi aparılacaq. Digər itkinlərin axtarışı isə davam etdirilir.Qeyd edək ki, avqustun 30-da baş verən gəmi qəzasında 239 nəfər xilas edilib. Son tapılan meyitlər də nəzərə alınmaqla, ölənlərin sayı 17-yə çatıb, 11 nəfər isə hələ də itkin sayılır.Hadisə ilə bağlı 9 nəfər saxlanılıb. Onların üçü Azərbaycan vətəndaşıdır.
url:
http://kepezfm.az/xeberler/girne-sahill%C9%99rind%C9%99-batan-g%C9%99mid%C9%99-itkin-d%C3%BC%C5%9F%C9%99n-daha-iki-n%C9%99f%C9%99rin-meyiti-tap%C4%B1l%C4%B1b

