"Gadamly" ilk quru yük gəmisi Bakı Limanına yanaşıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin Türkmənistanda inşa edilmiş ilk quru yük gəmisi “Gadamly” Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb.6100 ton yükgötürmə qabiliyyətinə malik gəmi Bakı–Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarında istifadə olunacaq. 240 ədəd 20 futluq konteyner daşımaq imkanı olan “Gadamly”nin istismara verilməsi Orta Dəhlizin və Avrasiya nəqliyyat marşrutunun inkişafı baxımından mühüm addım hesab olunur.
url:
http://kepezfm.az/xeberler/gadamly-ilk-quru-y%C3%BCk-g%C9%99misi-bak%C4%B1-liman%C4%B1na-yana%C5%9F%C4%B1b

